image-373374_res_01backend

Şəmkirli biznesmenin qətli: killerin ortağının kimliyi bilindi

image-reklam_sirab_01

Ukrayna polisi avqustun 3-də Odessa şəhərində azərbaycanlı sahibkarı qətlə yetirən killerin cinayət ortağının şəxsiyyətini müəyyən edib. virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs 35 yaşlı Gürcüstan sakini, Rusiya vətəndaşlığına malik olan Qurbanov Roman Bayram oğludur.

Lakin o bildirilir ki, Roman Qurbanov da Elmurazla birlikdə Odessaya bir həftə əvvəl gedib və onlar öz aralarında rolları bölüblər-Roman sürücülüyü və qurbanı izləməyi üzərinə götürüb, Elmuraz isə tapança-pulemyotdan ona atəş açıb. Polis mənbələri bildirirlər ki, cinayət vaxtı Roman “Mercedes” avtomobilinin sükanı arxasında hazır gözləyib, Laçın Məmmədov binanın həyətinə daxil olan kimi Elmuraz ona atəş açıb və həmin avtomobillə hadisə yerindən qaçıb. Daha sonra avtomobili Odessa küçələrindən birində atıb gediblər. Hər iki şəxs axtarışa verilib.

Sifarişli qətlin motivinin azərbaycanlılardan ibarət kriminal qruplaşmalar arasında çəkişmə olduğu təxmin edilir. Bəzi məlumatlara görə, Laçın Məmmədovu qətldən əvvəl hədələyiblər və ondan sanballı məbləğdə haqq tələb ediblər. İmtina etdiyi üçün onun qətlinə qərar verilib.image-2923058-1 image-372743_src

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki