image-365413179_10158994683132691_4664075305049961970_nbackend

Şəmsəddin Eldəniz Atabəyin və Mömünə xatının məzarı Rusiyada saxlanılır…

image-reklam_sirab_01
Rusiyada Sankt Peterburqda Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi yerləşir. Burada Azərbaycan tarixinə aid yüzlərlə əşya, sənəd, əlyazma, silah növləri, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, el sənətkarlarının maraqlı əl işləri və sairələr saxlanılır. Bəziləri açıq, bəziləri isə gizli anbarlarda. Burada 1957-ci ildən gizli saxlanılan bir sərdabə var. Onun içərisində də xalqımızın tarixində böyük rol oynayan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun onun adına salınmış türbəsindən oğurlanmış sümükləri saxlanılır. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Azərbaycan tarixində Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi şəxsiyyətlərin anasının sümükləri niyə türbədən oğurlanıb Rusiyaya aparıldı və niyə bu günə qədər onu geri tələb edib öz yerində dəfn etmir bizim Mədəniyyət Nazirliyi?
Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunandan sonra çoxsaylı talançılıq edilmişdir bu coğrafiyada. Xalqımıza məxsus qiymətli əşyalar talan edilib ölkədən aparılmışdır. Təkcə Əlincə qalası ətrafında tapılan bir ton qızılın taleyi barədə xəbər yoxdur. Əlincə döyüşlərindən sonra ruslar bu ərazidə qazıntıları dayandırmasına baxmayaraq digər yerlərdə qazıntılar qanusuz olaraq aparılmış idi. Daha çox diqqət isə məhz bu türbə idi.
Qeyd edim ki, bu türbə Möminə xatının 30 sentyabr 1175-ci ildə vəfatından sonra tikilməsinə başlanıb, Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186-cı ildə başa çatdırılmışdır. Uzun illərin müharibələri, tarixi proseslərin şahidi olan Türbə regionda baş verən bütün müharibələr və siyasi proseslər zamanı qorunmuşdur. Lakin Rusiya işğalından sonra islam adətlərini pozaraq qəbrləri, sərdabələri qazıb sümüklərin yanında qızıl və qiymətli əşyalar axtarmağa başladılar. İlk dəfə 1905-ci ildə Türbədə qazıntdı aparmaq istəsələr də yerli əhalinin kəskin etirazından sonra dayandırlımış və 1953-cü ilin yay aylarında yenidən davam etmişdir.
Burda aparılan qazıntılar zamanı onlar türbənin altında bir-birinə aralarında iki addım fərqi ilə məzar aşkar ediblər. Sol tərəfdə Şəmsəddin Eldəniz Atabəyin, sağ tərəfdə isə Mömünə xatının məzarları idi. Mömünə xatının və böyük ehtimalla Şəmsəddin Eldəniz Atabəyin də sümükləri ilə yanaşı, kitablar, sənədlər və 3 ədəd də üzərində qadın rəsmi olan orta əsrlərə məxsus kağız çıxmışdır. Bunları götürüb, üç gün içərisində yeri betonlayıb onları da özləri ilə apardılar. Qazıntı aparanlar üstündə bahalı daşlar olan üstü ərəb hərfləri ilə yazılmış bəzək əşyasını da heç bir məlumat vermədən xüsusi qutuda götürüblər özləri ilə. Sonra isə Türbədə rekanstruksiya adı altında qapıların yerini dəyişib, yeraltı keçidə olan hissəni də betonladılar.
Bundan bir il sonra isə aparılan sümüklərin DNK kodlarını öyrəniblər və hesabatlarında yazıblar ki, indiyə qədər bu beyin tutumuna beyin həcminə malik yer üzündə qadın olmayıb.
İndi Mədəniyyət Nazirliyi əziyyət çəkib Muzeydən iki tarixi şəxsiyyətin sümüklərini geri alıb öz yerində dəfnin həyata keçirsin.
Zaur Əliyev, dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki