“Associated Press” nəşrinin məlumatına əsasən, İranın sanksiyalara məruz qalmış xam neftini daşıyan “Süveyş Rajan” tankeri Texas ştatı yaxınlığında boşaldılmağa başlanıb.
Eyni zamanda, İran mediası İslam İnqilabının Keşikçiləri Korpusuna məxsus (SEPAH) gəmilərinin İran körfəzində ABŞ gəmi və helikopterlərinə xəbərdarlıq etdiyi videonu yayımlayıb.
Xatırladaq ki, “Süveyş Rajan” neft tankeri bu il iyunun ortalarında ABŞ-ın İrana sanksiyaları zamanı saxlanılıb və ələ keçirilən 800 min barrel neft 56 min dollar dəyərində olub.