image-66backend

Sergey Sivkaç: “Azərbaycan Ukrayna iqtisadiyyatına ən çox sərmayə qoyan 25 ölkədən biridir”

image-reklam_sirab_01

“Azərbaycan Ukraynanın əsas iqtisadi və strateji tərəfdaşlarından biri olmaqla yanaşı, həm də Ukrayna iqtisadiyyatına ən çox investisiya qoyan 25 ölkədən biridir”.

Bunu “Report”a müsahibəsində Ukrayna hökuməti yanında İnvestisiyaların Təşviqi Ofisi – “UkraineInvest”in icraçı direktoru Sergey Sivkaç bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin birinci rübünə olan məlumata görə, birbaşa investisiyaların ümumi həcmi 172,4 milyon ABŞ dolları təşkil edir: “Ukraynada Azərbaycan kapitalına malik 140-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycan daha çox ticarət, avtomobil təmiri, həmçinin sənaye sahələrinə investisiya qoyuluşu edib”.

Onun sözlərinə görə, “UkraineInvest” Azərbaycanın biznes ictimaiyyəti ilə əməkdaşlığı fəal şəkildə genişləndirir.

“Məsələn, bu ilin avqust ayında “UkraineInvest” və Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” Ukraynaya sərmayələrin cəlb olunması sahəsində qarşılıqlı fəaliyyətə yönəldilən Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandumun əsas məqsədi birbaşa investisiyaların cəlb edilməsi istiqamətində aktual informasiya və qabaqcıl təcrübə mübadiləsi üçün əməkdaşlığı dərinləşdirməkdir”, – S.Sivkaç deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki