image-reklam-veteninfo
image-1backend

Serj Sarqsyana iki maddə üzrə ittiham irəli sürülüb

image-reklam-veteninfo

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyana iki maddə üzrə ittiham irəli sürülüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “News.am” portalı məlumat yayıb.

Məlumata görə, Sarqsyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsini tərk edib. Jurnalistlərin Komitəyə çağırılması ilə bağlı sualını cavablandıran keçmiş prezident iş materialları ona təqdim edildikdən sonra açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, Serj Sarqsyana qarşı ittiham Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində irəli sürülüb.

Xatırladaq ki, Ermənistan Prokurorluğu bu gün Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı ittihamların irəli sürüldüyünü açıqlayıb.

Prokurorluğun məlumatına görə, Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə üç, xüsusilə külli miqdarda rüşvət alma üzrə iki, çirkli pulların yuyulması üzrə isə dörd maddə ilə ittiham irəli sürülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki