image-reklam-veteninfo
image-15backend

“Səsini Ucalt, Dəyişimin Bir Parçası Ol: İmişlidə Gender Zorakılığına Qarşı Fəallıq Kampaniyası”

image-reklam-veteninfo

Hər il 25 noyabr – 10 dekabr tarixləri arasında qlobal miqyasda keçirilən “16 Günlük Fəallıq Kampaniyası” gender əsaslı zorakılığa qarşı ən nüfuzlu ictimai hərəkatlardan sayılır. Bu kampaniyanın məqsədi zorakılığa qarşı kollektiv səs yüksəltmək, qurbanların hüquqlarını qorumaq və bərabər cəmiyyət idealını gücləndirməkdir.

Bu qlobal hərəkatın bir hissəsi olaraq “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi 2023-cü ilin noyabr-dekabr aylarında İmişli şəhərində gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya təşkil etmişdir. Layihə çərçivəsində maarifləndirici görüşlər, küçə aksiyaları, tematik müzakirələr və məlumat materiallarının paylanması nəzərdə tutulmuşdur.

Kampaniya boyunca gənclər və qadınlar əsas hədəf qrup olmuşdur. Təşkil olunan seminarlarda zorakılığın fiziki, psixoloji və iqtisadi formaları təhlil olunmuş, qurbanların hüquqi müdafiə yolları və mövcud dəstək mexanizmləri barədə ətraflı məlumat verilmişdir.

Kampaniyaya İmişlinin müxtəlif yerlərində maarifləndirici bukletlər paylanmışdır.

“İnkişaf-2006” İctimai Birliyinin bu kampaniyası ictimai şüurda mühüm iz buraxmış, mövcud tabuların dağılmasına və qadın hüquqları sahəsində maariflənmənin artmasına töhfə vermişdir.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki