Uzun zamandır Azərbaycan tarix elmində İsgəndər bəy Münşinin yazdığı bir cümləni əsas götürüb Şah İsmayıl Xətai haqqında yanlış düşüncə yaradırlar. Münşi yazır “Yazır ki, şah İsmayıl məğlub etdiyi Şeybani xanın vəzirini öz yanında əsir saxlayırdı. Bir gün şərab içəndə ondan soruşur ki, bilirsən bu kimin kəlləsidir? Vəzir də cavab verir ki, bilirəm, o kəllə bir vaxtlar nələrə sahib idi, indi haradadır”
Bundan belə yanlış fikir formalaşır ki, Şah İsmayıl içki içirmiş, özü də düşmən kəlləsindən düzəldilən qədəh ilə. Hətta türk tədqiqatçısı F.Sümer lap irəli gedərək Şah İsmayılın haqqında yazır “miniatürlərə görə, saqqalı təraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”
Vəssalam. Nə Avropa səyyahlarının, nə də Şərq səyyahlarının əsərlərində Şahın içki içməsi barədə məlumata rast gəlinmir. Əksinə rast gəldiyim mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl öz məmləkətinin ətrafında daim at cövlan etdirməsi ilə öyünürdü və hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı. Bu daha geniş bir yazıdır.
Keçək əsl məsələyə Şah Şeybani xanın kəlləsindən qədəh düzəldibmi?
Bəli.
Bu adət əsasən indi Skif adlanan türklərə aid idi. Skif türkləri həmin o saklardır, işquzlardır. Herodot da yazır ki, skiflərdə düşmənin başını kəsmək bir adət idi. Onlar adam öldürməyəni, baş kəsməyəni döyüşçü hesab etmirdilər, qorxaq və zəif sayırdılar. Skiflər düşmənlərinin başının dərisini soyub qurudaraq əl-üz dəsmalı kimi istifadə edirdilər. Bu adət hunlarda da var idi. Onlar düşmənin kəlləsindən piyalə düzəldib onda içki içirdilər. İçki deyəndə Kımız-At südü. Həm skiflər, həm sarmatlar, həm də türklərin əcdadları olan digər xalqlar insan başının ona həyat verən anlaşılmaz müqəddəs güc, bir növ həyati enerji ilə bəxş edildiyinə inanırdılar. Düşmənin başını ələ keçirən qalib döyüşçü inanırdı ki, indi o, məğlub olan düşmənin ömrünün illərinə də sahibdir. Osetiya Dövlət Universitetinin alimləri Alan Akimoviç Slanov və Sergey Borisoviç Burkov “Skif hərbi mədəniyyətində başın kəsilməsi və baş dərisinin soyulması ayinlərinin əhəmiyyəti” məqaləsində hətta qabın hazırlanma texnologiyasını da göstərirlər: əvvəlcə kəllə sümüyünün yuxarı hissəsi kəsilib. “qaşlarına qədər” təmizlənir, sonra isə varlılar kəllə sümüyünü bacardıqları qədər bəzəyirdilər – qızıl, kasıblar isə inək dərisi ilə.
Bu adətin ən axırıncı nümunəsinə Şah İsmayıl Səfəvidə rast gəlirik. O, 1510-cu ildə özbək xanı Məhəmməd Şeybaniyə qalib gəldikdən sonra onun kəlləsini qızıla tutdurub. Səbəb. Birinci Şah İsmayıl genetic türk idi və türklərdə qədim adətlər-törə bu günün özündə də qalır. Şeybani xan ona qarşı hörmətsizlik edəndə Şah bunu ona bağışlamadı. Şeybani xanın Şaha yazdığı məktubda “Ona görə də töhfələr və hədiyyələr hazırlamalı, sikkələri bizim xoşbəxt adımıza zərb etdirməli, cümə məscidlərində bizim cahangir adımıza xütbə oxutdurmalı və özün bizim uca taxtımızın ayağına gəlməlisən… Elan edin ki, müqavimət yeriniz hansı məkan olacaqdır.” Sözləri onu çox qəzəbləndirdi. Şeybani xan dəfələrlə ” sapıq şah” adlandırdığı Şah İsmayıla hədə dolu məktublar yazmış, onu şiəlikdən imtina etməyə, “həqiqi din yoluna qayıtmağa” çağırmış, üstəlik də “kəmağıl” adlandlrmışdı. Hətta Xorasanda şiələrin müqəddəs saydığı İmam Rzanın qəbrinə də hörmətszlik etmişdi.Bu isə bardağı dolduran son damla idi.Şah ona məktub göndərib “Səni babalarımızdan qalan törəyə görə cəzalandıracam, üzünün dərisini atımın yəhərinə, başını isə qədəh edəcəm” deyə xəbər göndərir. Şah çox peşəkar döyüş sistemi quraraq onu məğlub etdi. Döyüşdən sonra meyitlərin altından Şeybani xanın da cəsədi çıxarılır. Başı kəsilib Şah İsmayılın ayaqları altına atılır.
Məhəmməd Füzuli də “Bəngü badə” poemasında görkəmli Azərbaycan sərkərdəsi Şah İsmayıl haqda yazır bu barədə:
Ol ki başlar zamanda bəzmi-fərağ,
Padişahlar başından eylər əyağ*
Şah İsmayılın əmri ilə Şeybani xanın başının dərisi çıxarılıb samanla doldurulur və onun müttəfiqi olan Osmanlı sultanı 2-ci Bəyazidə göndərilir.
Xanın kəsilmiş qolu isə onun digər müttəfiqi – Mazandaran hökmdarı Ağa Rüstəmə göndərilir.
Şah nifrət etdiyi Şeybani xanın kəllə sümüyündən qızıldan tökmə qədəh hazırlamağı əmr edir. Bu törə idi və Şah verdiyi andı həyata keçirdi. Amma bu qədəhdən o içki içməyib. Amma məclislərdə bu kəllə-qədəh onun stolunun üstündə olub.
Zaur Aliyev, dosent