Müvafiq qrafikə uyğun olaraq Qaçaq Kərəm kənd tam orta məktəbində keçirilən səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən RİH başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtsadi inkişafından, hərbi qüdrətindən, işğaldan azad olunmuş ərazilərdə icra olunan nəhəng quruculuq tədbirlərindən söz açıb.
Səyyar qəbulda vətəndaşların qaldırdığı hər bir məsələyə dair qanuna müvafiq izahatlar verilib, həlli istiqamətində aidiyyəti şəxslərlə birlikdə ətraflı müzakirələr aparılıb.