image-img-20230411-wa0042backend

Seymur Orucov növbəti səyyar qəbul keçirib – FOTOLAR

image-reklam_sirab_01

Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu rayonun Saloğlu qəsəbə yaşayış məntəqəsində keçirib.

Saloğlu qəsəbə tam orta məktəb binasının iclas zalında keçirilən səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

RİH başçısı cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən söz açaraq bir daha diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin konkret tapşırıqlarına uyğun olaraq yerlərdə keçirilən bu cür səyyar qəbulların təşkili vətəndaşlara göstərilən diqqət və qayğının maksimum dərəcədə təmin edilməsi məqsədi daşıyır.

Qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən hər bir qəsəbə sakini diqqətlə dinlənilib. Qaldırılan məsələlər nəzarətə götürülüb, həlli tədbirləri ilə bağlı müvafiq qərarlar qəbul olunub.

image-img-20230411-wa0040 image-img-20230411-wa0041 image-img-20230411-wa0042 image-img-20230411-wa0037 image-img-20230411-wa0038 image-img-20230411-wa0039 image-img-20230411-wa0035 image-img-20230411-wa0036

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki