image-1-qiraq-kesemen-kendinde-qebu-16-05-2023-8backend

Seymur Orucov rayonun Qıraq Kəsəmən kəndində-İcra başçısı növbəti səyyar qəbulunu keçirib

image-reklam_sirab_01

Qıraq Kəsəmən kənd tam orta məktəb binasının akt zalında təşkil olunan səyyar qəbulda başçının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə giriş nitqi söyləyən RİH başçısı ölkəmizin davamlı inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın günü-gündən yüksələn beynəlxalq nüfuzundan, dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirlərdən bəhs edib.
Səyyar qəbulda iştirak edən kənd sakinləri müxtəlif məzmunda müraciət edib və təkliflər irəli sürüblər. Qaldırılan hər bir məsələ ətrafında aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müvafiq müzakirələr aparılıb, həlli tədbirləri müəyyən edilərək nəzarətə götürülüb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki