image-22-5backend

Seymur Orucov şəhidlərimiz Rüfət Məmmədli,Emin Əmrahov və Ramiz Mustafayevin övladları ilə görüşdü-FOTOLAR

image-reklam_sirab_01

Bu il Ağstafada Vətən müharibəsi şəhidlərimizin orta məktəbə ilk qədəmlərini qoyacaq övladları ilə görüş keçirilib

 

Yeni tədris ilində Ağstafada orta məktəbə ilk qədəmlərini qoyacaq Vətən müharibəsi şəhidlərimiz Məmmədli Rüfət Vidadi oğlunun, Əmrahov Emin Əvəz oğlunun və Mustafayev Ramiz Bağman oğlunun övladları ilə Rayon İcra Hakimiyyəti başçısının aparatında görüş keçirilib. Seymur Orucov birincilərə məktəbli çantaları və ləvazimatları hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib. Qeyd olunub ki, hər bir şəhidimizin yadigarı bizim üçün müqəddəs əmanətdir, onların qayğısız böyüməsi, və firəvan gələcəkləri üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur. Tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvləri öz növbəsində ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki