image-2backend

Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib

image-reklam_sirab_01

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İnsan alveri qurbanları üçün sığınacaqlarının potensialının artırılması” layihəsinin icrasını başa çatdırıb.

İcra müddəti 3 ay olan layihənin əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi olub.

“Təmiz Dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqda icra olunan layihədə əsas hüquqi istinad 2020 – 2024- cü illlər üzrə Milli Fəaliyyət Planında 4.4-cü bəndin, yəni İnsan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi bəndinin 4.4.4 və 4.4.6 yarımbəndlərində və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosial yönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılmasıdır.

Layihə üzrə nəzərdə tutulan fəaliyyət çərçivəsində ictimaiyyətin  və tərəfdaş dövlət qurumunun (DİN-in İnsal Alverinə qarşı Mübarizə Baş İdarəsi) məlumatlandırılması həyata keçirilib.

Sığınacaqda məskunlşamış, 30 nəfər potensial, ehtimal edilən, insan alveri qurbanı olan qadın və uşaqlar arasında təlimlər keçirilib. Sakinlər üçün  növbəti təlimlərin mövzusu, “SV necə yazılmalı?”,  “Özünü təqdimetmə” olub. Bununla da  layihə üzrə fəaliyyət yekunlaşıb.

Ümumilikdə sığınacaq sakinləri təlimlər çərçivəsində 8 mövzu ətrafında sərbəst müzakirələrə qatılıb, o cümlədən hüquqi, sosial xarakterli dəstək proqramları ilə bağlı məlumatlandırılıb, hansı qurumlara necə və hansı formada müraciət qaydalarına dair biliklər əldə ediblər.

Mövzu ətrafında təkcə nəzəri deyil, praktik məşğələlər keçirməklə biliklərin dərindən mənimsənilməsinə nail olunub.

Layihə çərçivəsində 3 ay ərzində etimal edilən  qurbanlarla bağlı xidmət paketi təklif edilib, insan alveri qurbanı ehtimalını müəyyən edən indikatorlar üzrə qiymətləndirilmə aparılıb, bu qiymətləndirmə meyarları üzrə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciətlər edilib.

O cümlədən, DİN tərəfindən reinteqrasiya dövründə dəstəyə ehtiyacı olan qurbanlar rentiqrasiya proqramına daxil edilib və onlarla iş aparılıb. Ümumilikdə 15 nəfərlə bağlı tərəfdaşlıq çərçivəsində xidmət paketləri təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki