Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi – KCNA məlumat yayıb.
Bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
Raket sınağında iştirak edən KXDR başçısı Kim Çen İn bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.