image-1backend

Sıradan çıxan “Azersky” peyki üçün sığorta pulu alınıb

image-reklam_sirab_01

“Azərkosmos”: 2023-cü ildə planlaşdırıldığından 1 il daha tez sıradan çıxan “Azersky” peyki üçün sığorta ödənişi tam həcmdə alınıb.

Missiyasını vaxtından bir il əvvəl başa çatdıran Yerin məsafədən müşahidə peyki üçün 45 milyon manat sığorta ödənişi tam olaraq alınıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez (fəaliyyətinin 9-cu ilində) sıradan çıxaraq orbitdən düşüb. Peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma baş verdiyi ehtimal olunur. Mümkündür ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxa bilərdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki