image-11backend

Sirli şəhər Petra: Bədəvilər bu şəhəri niyə gizlədirdi? – FOTOLAR

image-reklam_sirab_01

Dünyada elə yerlər var ki, kiçik bir kənd tarixi bütün dünyanın tarixinə bərabərdir. Dünyada həm də elə ölkələr var ki, sivilizasiyanın mərkəzidir. Bu yazımızda dünya sivilisaziyasının mərkəzi hesab edilən İordaniya haqqındadır. Tarixçilər hesab edir ki, bu günkü İordaniyanın hər daşı, hər qalası bir tarixdir. İngilis tarixçi, yazıçı və nəşriyyatçı Bettany Mary Hughes İordaniya haqqında sənədli film çəkərkən belə bir ifadə işlədir:”Dünyanı kəşf etmək üçün sadəcə İordaniyaya səfər etmək yetər.”

Tarixin bütün gizlinlərini özündə qoruyan bu qədim ölkənin tarixini, mədəniyyətini sizin diqqətinizə çatdıracayıq.

«İordaniyaya səfər edən hər bir kəs burada özü üçün xüsusi bir şey tapa bilir»… Bu deyim heç də təsadüfi deyil.İordaniya  Şərqlə Qərbin qovuşduğu əfsanəvi bir ölkədir. İordaniyanı gəzməklə keçmişlə müasirliyin tandemini kəşf edə bilərsiniz. Dünya turizm sektorunda belə bir deyim var. Şərqi kəşf etmək üçün Petraya səfər kiyayətdir. Elə isə sizi Petraya, dünya mədəniyyət beşiyinin mərkəzi olan qədim şəhərə virtual səyahətə dəvət edirik. 

İordaniya ərazi baxımından o qədər də böyük ölkə deyil.

image-2 image-3

İordaniya ərazisində yerləşən bu tarixi şəhər Nabatilər dövlətinin paytaxtı olub. Yunan sözü olan petra “daş” deməkdir. Bu ad onların evlərini qayaların içərisini yonub düzəltdiklərinə görə verilmişdir. Həmin daş evlərin qalıqları Musa vadisi və Harun qalasında indi də qalmaqdadır.

Petra fars körfəzi ilə Aralıq dənizinin arasında olan və ticarət baxımından onları bir-birinə birləşdirən əsas nöqtə idi. O, iki mühüm ticarət yolu üzərində yerləşirdi. Birinci yol Qrmızı dəniz ilə Dəməşq şəhərini ikinci yol isə iran körfəzi ilə aralıq dənizini birləşdirirdi. Bu mövqeyi və yüz illərlə ticarətlə məşğul olmaq şəhərin varlanmasına səbəb olub.

image-5

Petra şəhəri 4 min il əvvəl inşa edilib. Şəhər Vadi Musa vadisindəki dağ rayonunda, qırmızı-çəhrayı qayalara yonulub. Petra planetin ən quru yeri sayılan səhranın düz mərkəzində yerləşir. Sutkanın vaxtlarından asılı olaraq arxitektura abidəsi rəngini çəhrayıdan tünd qırmızıya, al-qırmızıdan narıncıya dəyişir.

Ətraf aləmlə şəhəri bir kilometr uzunluğu olan dərə birləşdirir. Demək olar ki, onun bütün divarları baş üzərində birləşir. Düşmən hücumu zamanı təbii baryer yaxşı müdafiə rolunu oynayıb. Bu səbəbdən Petra əsrlər boyu köçərilər və nabataylar üçün mənzil və sığınacaq rolunu oynayıb. Amma buna baxmayaraq böyüklüyünə baxmayaraq orta əsrlərdə Petra unuduldu və əfsanəyə çevrildi.

image-12

Müasir dünya belə bir şəhərin mövcudluğunu İsveçrəli səyyah İohann Lyüdoviq Burkhardtın sayəsində bilib. O, 1812-ci ildə bu şəhəri kəşf edib. Alim kabus şəhər haqqında bir neçə dəfə eşitsə də, bədəvilər müqəddəs məkanı yad gözlərdən ciddi-cəhdlə qoruyurdular. Bu zaman alim sirli şəhərə hiyləgərliklə daxil olmaq qərarına gəlir. Özünü ruhani kimi təqdim edən İohann onu Cebel Harun dağı yaxınlığındakı Aaron sərdabəsinə aparacaq bələdçi tapır. Alimin planı baş tutur. O, Sik kanyonunun yanından keçəndə möhtəşəm mənzərə ilə qarşılaşır. Qaya sərdabələr, binanın iri fasadları, məbəd və mağaralar. Burkhardt səhranın mərkəzində qədim sivilizasiyanın çəhrayı şəhərini tapır. Bu əfsanəvi Petra idi.

image-13

Şəhərə yeganə yol nazik kanyondan keçir. Bədəvilər turistləri vadinin çıxışında dəvələr və atlarla gözləyirlər. Bu isə səyahəti unudulmaz edir. 1 kilometr uzunluğu olan dərə kifayət qədər dərindir. Dərənin üzərində olan qayaların hündürlüyü 90 metrə çatır. Alimlərin fikrinə görə, kanyon qədim dövrdə güclü zəlzələ nəticəsində yaranıb. Döngədə Əl-Xaznə sarayı ucalır. Sarayın adı tərcümədə fironun xəzinəsi mənasını verir. Binanın hündürlüyü 44, eni isə 30 metrdir.

Qədim əfsanəyə görə, dərə Musa peyğəmbərin əsasının zərbəsindən yaranıb. Peyğəmbər öz xalqını Misirdən çıxaranda insanlar içməyə su tapa bilmədikləri üçün etiraz ediblər. Tanrının əmri ilə Musa əsasını qayaya vurur və oradan su fışqırır. Kanyonda yol boyu daş oturacaqlar var və burada istirahət etmək mümkündür.

Petra şəhərini gəzməklə İordaniya , eləcə dünya tarixinin gizlinlərini də aşkar etmək mümkündür.

Oyma və döymə işləri burada xalq sənəti hesab edilir. Sənətkarlar bu sənətdən çox gəlir əldə edirlər. İslam Mədəniyyəti Muzeyində və emalatxanasında, İslam irsinə aid miniatürlər hazırlayan mütəxəssislərin tədris mərkəzində olarkən iordaniyalı sənətkarların əl işləri ilə tanış olduq. Bu əsərlər o qədər incəliklə işlənir ki, oradakı naxışları gözlə görmək mümkün deyil və biz onlara böyüdücü şüşə ilə baxmalı olduq…

Daha bir maraqlı məqam isə bir neçə il öncə İordaniyadan tapılan tapıntıdır. Məhz bu tapıntı İordaniyanın dünya sivilizasiyasının mərkəzi olduğunu sübut edir. Həmçinin ən qədim insan yaşayış məskənləri də bu faktı təsdiqləyir.  Belə ki, arxeoloji qazıntılar nəticəsində dünyanın ən qədim çörəyi İordaniyanın “Qara səhra” adlanan ərazisində tapılıb. Burada tapılan  ən qədim çörəyin 14 min il öncə ərsəyə gəldiyi müəyyənləşib.

Hər birinin içində böyük dairə şəklində daş sobaların olduğu iki bina kəşf edən tədqiqatçılar hər iki binada yanmış çörək qırıntıları tapıblar.

Siz də bu qədim ölkəni və şəhərlərini görmək istəyirsinizsə, mütləq İordaniyaya səfər etməlisiniz.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki