image-1backend

SOCAR “Avro-5” markalı avtomobil benzini istehsal edəcək

image-reklam_sirab_01

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) “Avro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

“2023-cü ilin may ayında zavod “Avro-5” standartlarına uyğun dizel yanacağı istehsalına 2024-cü ilin iyununda başlayıb, BNEZ “Avro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır”, – deyə şirkət qeyd edib.

SOCAR-dan verilən məlumata görə, bu il yenidənqurma və modernləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib.

Şirkət həmçinin bildirib ki, son 70 ildə zavod 370 milyon ton neft emal edib.

Xatırladaq ki, 2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilmiş və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilmişdir.

2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98% (2022-ci ildə – 96,3%) təşkil edib.

BNEZ hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.

BNEZ-nin gücü hazırda ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə görə, zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emal edilməsi üçün nəzərdə tutulub. Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır.

Modernləşdirmədən sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image