image-ilhambackend

Soçi görüşündə tarixi ədalətin bərpasına mühüm addımlar atıldı

image-reklam_sirab_01

Oktyabrın 31-də keçirilən Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu.  Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir.  Azərbaycan diplomatiyasının gücü hər zaman öz təstiqini tapır. Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi təşəbbüslərdən sonra Rusiyanın bu istiqamətdə cəhdlərinin daha da kəskinləşdiyi müşahidə olunur. Bu anlaşılandır, yəni sanki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik uğrunda Avropa İttifaqı-Rusiya yarışı hiss olunur. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə sadiqdir və öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirir. Gələcəkdə də yerinə yetirəcək.

Ermənistan tərəfi isə hələlik bəzi məsələlərdə öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İlham Əliyevin də qeyd etdiyi kimi – “Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirəsi olunası bir şey yoxdur, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sözsüz ki, ciddi addımlar tələb edən formatdır və biz Rusiyanın bu sahədə töhfəsini, bu məqsədə çatmaqda rolunu səbirsizliklə gözləyirik”.

Bundan əlavə  Azərbaycan hər zaman öz haqlı mövqeyini sonuna qədər müdafiə edib. Prezident İlham Əliyev Vladimir Putinlə görüşdə qeyd etdi ki, Qarabağ münaqişəsi artıq iki il bundan öncə başa çatıb və üçtərəfli bəyanat imzalanıb. İndi isə yalnız iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi müzakirə edilə bilər. Soçi görüşü hazırki beynəlxalq münasibətlər sistemindəki problemlərin müzakirəsi, regional müstəvidə əməkdaşlıq və digər cari məsələlərlə bağlı mühüm əhəmiyyət kəsb edib. Hər iki dövlətin geosiyasi arealda öz maraqları və ambisiyaları mövcuddur. Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir.

 

 

 İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki