image-1_11641889112-1backend

“Squid Game”in 77 yaşlı aktyoru “Qızıl Qlobus” aldı

image-reklam_sirab_01

79-cu “Qızıl Qlobus 2022” kinomükafat mərasimi ABŞ-ın Los-Anceles şəhərindəki oteldə, yanvarın 9-dan 10-na keçən gecə baş tutub.

Veteninfo.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun Xarici Mətbuat Birliyinin səsvermə nəticələri dünən gecə (10 yanvar tarixində) mükafatın rəsmi saytında açıqlanıb.

“Squid Game” serialında 001 nömrəli oyunçu rolunu canlandıran 77 yaşlı O Yon Su “Netflix” dramında “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında “Qızıl Qlobus” kinomükafatına layiq görülüb.

Hakimlər aktyorun filmdəki rolunu yüksək qiymətləndiriblər.

Qeyd edək ki, o, Cənubi Koreyada bu mükafata layiq görülən ilk aktyordur.

Bildirək ki, 1 oktyabr 1944-cü il tarixində dünyaya gələn O Yon Su artıq 19 yaşında teatr səhnəsinə çıxıb. 200-dən çox layihədə iştirak edən aktyor məhz “Squid Game” filmindən sonra bütün dünyada şöhrət qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki