“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində 2023-cü ilin sentyabr ayı ərzində həm Azərbaycanda, həm də Finlandiya və İsveçə araşdırma səfəri çərçivəsində bir sıra görüşlər keçirmiş, mövzu ətrafında fikir mübadiləsi aparmış və ən yaxşı təcrübələri öyrənmişlər.
İlkin olaraq, layihə çərçivəsində süni intellektin idarəetmədə tətbiqi imkanları ilə bağlı beynəlxalq jurnalların məqalələri və qabaqcıl dövlətlərin layihə və proqramları araşdırılmış, həmçinin ölkəmizdə məsul orqanlar müəyyənləşdirilərək onların fəaliyyətləri araşdırılmış və görüşlər təşkil edilmişdir.
İlk görüş 13 sentyabr 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (Agentlik) ilə keçirilmişdir. Görüş zamanı Birlik tərəfindən həyata keçirilmiş layihələr, Birliyin vətəndaş cəmiyyətinin inkişafı və ictimai maarifləndirmə sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilmişdir. Daha sonra isə Birliyin cari layihəsinin aktuallığı, layihə çərçivəsində həyata keçiriləcək işlər və hədəflənən nəticələr ilə bağlı müzakirələr aparılmışdır. Agentliyin məsul əməkdaşları tərəfindən layihənin uğurla icrası istiqamətində müvafiq rəy və təkliflər verilmiş, layihə çərçivəsində görüş keçiriləcək yerli və xarici dövlət və özəl təşkilatları barədə məlumat verilmiş, müzakirə olunacaq mövzular barədə fikir mübadiləsi aparılmışdır.
Layihə çərçivəsində Birliyin əlaqədarə təşkilatlarla görüşləri davam etməkdədir.


























