“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Finlandiyaya araşdırma səfəri davam etməkdədir.
Nüfuzlu Aalto Universitetində keçirilmiş görüşdə universitet tərəfindən süni intellektdən istifadə etməklə hazırlanan layihələr, xüsusilə əmək bazarında qadınlara və immiqrantlara qarşı diskriminasiyanın azaldılması istiqamətində Aalto, Helsinki və Tampere universitetləri və Espoo şəhər bələdiyyəsinin birgə səyi nəticəsində hazırlanan “TRUST-M” sistemi barədə ətraflı məlumat verilmiş, müvafiq sistemin cəmiyyətin inkişafına verəcəyi töhfələr qeyd edilmişdir. Bununla yanaşı, “TRUST-M” sistemi və nəticədə layihənin davamlılığını təmin etmək üçün vətəndaş iştirakçılığının təşviq olunması və fərdlərin bu sahədə rolu barədə fikir mübadiləsi aparılmışdır.
Birlik nümayəndələrinin beynəlxalq təcrübənin araşdırılması ilə bağlı tədqiqat səfəri davam edir.


























