“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində Finlandiyaya araşdırma səfəri davam etməkdədir.
Avropanın süni intellekti üzrə ixtisaslaşmış ən böyük şirkətlərindən biri olan “Silo.ai” şirkəti ilə keçirilən görüşdə isə şirkət tərəfindən təqdim edilən süni intellekt əsaslı həllər, xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd”lərdə istifadə olunan texnoloji həllər barədə ətraflı məlumat verilmiş, layihənin icrasının “ağıllı cəmiyyət”in (“smart society”) qurulmasının əhəmiyyəti vurğulanmışdır.
Ətraf mühitin mühafizəsi istiqamətində xüsusi rol oynayan Finlandiya mərkəzli “RiverRecycle” şirkəti ilə keçirilən görüşdə ətraf mühitin qorunması, xüsusilə çayların və su hövzələrinin təmizlənməsi zamanı istifadə olunan ən müasir texnologiyalar barədə məlumat verilmiş, habelə müvafiq sahədə süni intellektin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin vətəndaş iştirakçılığının zəruriliyi qeyd edilərək maarifləndirmə işinin təşkili üçün həyata keçirilə biləcək layihələrlə bağlı müzakirə aparılmışdır.
Birlik nümayəndələrinin beynəlxalq təcrübənin araşdırılması ilə bağlı tədqiqat səfəri davam edir.



























