image-reklam-veteninfo
image-6_embassy_of_azerbaijanbackend

“Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində İsveç Krallığında səfərdə olmuşlar.

image-reklam-veteninfo

“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyinin (Birlik) nümayəndələri “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində İsveç Krallığında səfərdə olmuşlar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri cənab Zaur Əhmədovla görüş keçirilmiş, layihənin icrası ilə əlaqədar Finlandiya və İsveçdə baş tutan görüşlərlə bağlı ətraflı məlumat verilmiş, həmçinin süni intellektin ölkəmizdə tətbiqi imkanları müzakirə edilmişdir.
Əlavə olaraq, Birliyinin İdarə Heyətinin sədri Seymur Həsənov Stokholm Universitetində keçirilən “Dayanıqlı İnkişaf Forumu”nda iştirak etmişdir. “Universitetlər və 2030 Gündəliyi: möhkəmlənmə və irəliyə doğru” – “Ağıllı şəhərlərə doğru” adlı konfransa iştirak etmiş, süni intellektin idarəetmədə təbiqiq, ağıllı şəhər quruculuğu, data əsaslı həllər və akademiyanın innovasiyanın inkişafında və dəstəklənməsində rolu ilə bağlı müzakirə panellərinə qoşulmuşdur. Həmçinin ətraf mühitin qorunması, qlobal istiləşmənin və iqlim dəyişikliyinin azaldılması üçün tətbiq edilə biləcək innovasiyalar və süni intellekt texnologiyaları ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçirilən görüşlərdə süni intellektin dövlət idarəetməsində tətbiqi, həmçinin, imkanlar, perspektivlər və risklər barədə müzakirələr aparılmışdır. Süni intellektini darəetmə və qərar qəbul etmədə tətbiqini məhdudlaşdıran iki əsas məsələ – dəqiq və əhatəli datanın mövcudluğu və hüquqi tənzimləmələr xüsusi vurğulanmışdır. Ümumilikdə araşdırma səfəri çərçivəsində layihənin uğurla icrasını təmin edəcək müvafiq rəy və təkliflər təqdim edilmiş, mövcud təcrübə və fikir mübadiləsi aparılmışdır.

image-6_stockholm_university

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki