“Müasir informasiya cəmiyyəti və innovasiyalar” İctimai Birliyi (Birlik) “Süni intellektin dövlət idarəetməsində tətbiqi imkanları ilə bağlı beynəlxalq təcrübənin araşdırılması” layihəsi çərçivəsində tədqiqat mərkəzləri və akademiya nümayəndələri ilə görüşləri davam etdirir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) süni intellekt üzrə mütəxəssis Şahnaz Şahbazova və “Rəqəmsal iqtisadiyyat” fakültəsinin dekanı tex.f.d. Elman Cəfərovla keçirilən görüş süni intellektin tədqiqi, onun yaratdığı risk və imkanların təhlili baxımından xüsusi əhəmiyyətlidir. Görüş zamanı Birlik əməkdaşlarının Finlandiya və İsveçin süni intellekt sahəsində təcrübəsi və əldə edilən nəticələrin Azərbaycanda tətbiqi imkanları, perspektivi barədə geniş müzakirə aparılmışdır. UNEC nümayəndələri isə universitetin fəaliyyətində, o cümlədən, fənlərin tədrisi zamanı süni intellektin tətbiqi barədə məlumat vermis, bu sahədə davamlı araşdırmanın vacibliyi və bu istiqamətdə effektiv metodologiyalar barədə çıxış etmişlər.


























