image-nizamibackend

Şuşa-Xankəndi yolunda barış və sülhə çağırışın məqsədləri

image-reklam_sirab_01

Dekabr ayının 12-dən etibarən Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ictimai aktivistlər, ekofəallar, könüllülər və vətəndaş cəmiyyətinin digər üzvləri tərəfindən Rusiya sülhməramlılarının yerləşdiyi müvəqqəti məsuliyyət zonasında olan faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı dinc etiraz aksiyası keçirirlər. Aksiya iştirakçıları ekoloji terrora və yataqların qanunsuz talan olunması əleyhinə haqlı etirazlarını bildirərək, şüarlar səsləndirirlər. Artıq Azərbaycan cəmiyyəti Qarabağda etnik terror törədən ermənilərin ekoloji terror törətməsinə imkan verməyəcək. Dövlətimiz öz suverən ərazisində onun icazəsi olmadan hər hansısa qüvvələr tərəfindən tebii resurslarının qeyri-qanuni istismar olunmasına izin verməyəcək.
Aksiyanın keçirilmə səbəblərinə gəlincə xatırlatmaq istəyirəm ki, 2022-ci il dekabr ayının 3-də və 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət işçi qrup tərəfindən sözügedən ərazidə yataqların qanunsuz istismarı ilə bağlı risklər və potensial zərərlə əlaqədar olaraq monitorinq aparılmalı idi. Lakin monitorinqin baş tutmasına maneəçilik törədildi.
Aksiya iştirakçıları hava şəraitinin soyuq olmasına baxmayaraq gecə-gündüz fasiləsiz olaraq sülhməramlıların postları ilə üzbəüz dayanaq çadırlar qurublar. Artıq aksiya 5 gündür davam edir və iştirakçılar öz tələblərinin yerinə yetirilməyəcəyi halda etirazların davam edəcəyini bildirirlər. Onu da qeyd etmək istəyirəm ki, hər keçən gün aksiya iştirakçılarının sayı artmaqdadır.
Yerli erməni mətbuatı və bəzi qərəzli mövqedə olan dairələr iddia edirlər ki, guya Azərbaycan tərəfi yolu bağlayıb və Xankəndində humanitar böhran yaranmaqdadır. Hər kəs görür ki, yol etirazçılar tərəfindən yox, Rusiya sülhməramlılarının kontingenti tərəfindən bağlanılıb. Humanitar məqsədlərlə o cümlədən erməni mülki əhalisinin yoldan istifadəsində heç bir maneəçilik yoxdu. Bu yoldan hərbi məqsədlər, mina və talan olunmuş təbii sərvətlərin daşınması dayandırılmalıdır. Bu eyni zamanda 2020-ci il 10 noyabr bəyanatının müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Çünki Ermənistan rəhbərliyi separatçı rejimin hərbi qüvvələrini torpaqlarımızdan çıxarmaqla bağlı öhdəlik götürmüşdür. Bunda əlavə Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi də açılmalı idi. Azərbaycan tərəfi Laçın dəhlizindən maneəsiz hərəkəti təmin edir. Amma Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneələr törətməyə çalışır. Ermənistan cəmiyyəti və rəhbərliyi bir daha anlamalıdır ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhali Azərbaycanın vətəndaşlarıdır və onların gələcək həyatları Azərbaycan qanunları ilə tənzimlənəcəkdir. Bu bizim daxili işimizdir və heç bir kənar qüvvə ilə bunu müzakirə etməyəcəyik.

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi- Eldəniz Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki