image-55backend

“TAKSİDƏ QİYMƏTLƏR BİRMƏNALI OLARAQ QALXACAQ” – Nazirdən və deputatlardan açıqlama

image-reklam_sirab_01

“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

 

Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.

“Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. Bu, ekologiyaya zərərdir, tıxac deməkdir.

Bunu isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, metrodan istifadə edənlərin sayı azalıb: “Buna səbəb də taksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır”.

Tahir Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: “Yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki