image-reklam-veteninfo
image-1backend

Tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı

image-reklam-veteninfo

Ağsu rayonunda həkimə böhtan atan şəxslər cəzalandırılıblar.

Vətəninfo.az Oxu.az-a istinadla xəbər verir ki, Ağsu rayon sakini Dəyanət Abdullayev rayonda həkim kimi fəaliyyət göstərib.

O, 2007-ci ildə ailə həyatı qursa da, 2025-ci ildə məhkəmə qərarı ilə nikaha xitam verilib.

Hadisədən sonra keçmiş həyat yoldaşı öz yaxınları ilə birləşərək həkimə qarşı qərəzli məlumatlar yayıb, onun işgüzar nüfuzuna xələl gətirən şaiyələr səsləndiriblər. Məsələ ilə bağlı D.Abdullayev keçmiş həyat yoldaşı və onun qohumlarına xəbərdarlıq etsə də, qarşı tərəf dayanmadan qarayaxma kampaniyası apararaq həkimə böhtan atmağa, onun əxlaqsızlıq etməsi barədə yalan məlumatlar yaymağa davam edib.

D.Abdullayev xüsusi ittiham qaydasında iddia qaldıraraq ona qarşı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərin cəzalandırılmasını istəyib. O, keçmiş həyat yoldaşı Ülviyyə Abdullayeva və onun qohumları-Gültəkin Quliyeva və Əsli Abasova barədə şikayət verib.

Ağsu Rayon Məhkəməsində keçirilən prosesdə fakt təsdiqini tapıb və şikayət təmin edilib. Məhkəmənin qərarı ilə Ülviyyə Abdullayevanın əməlində Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri olmadığına görə ona bəraət verilib. Qərara əsasən, digər təqsirləndirilən şəxslər – Gültəkin Quliyeva və Əsli Abasova həmin maddələrlə təqsirli biliniblər, adıçəkilən şəxslərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki