image-163031318853426552_1000x669backend

Tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

image-reklam_sirab_01

Cari il martın 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Nərimanov Rayon Prokurorluğundan Veteninfo.az-a bildiriblər ki, istintaqla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd göstərməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki