Vətəninfo.az xəbər verir ki, Təbriz şəhərinin İran parlamentindəki islahatçı millət vəkili Məsud Pezeşkian “Hicab və İffət Qanunu” layihəsinin parlamentdə təsdiqlənməsini tənqid edərək deyib:
“Allah Quranda buyurur: “Bəşira və Nəzira” öncə müjdə vermək, sonra qorxutmaq deməkdir. Biz isə əvvəl qorxuduruq, sonra müjdə veririk. Heç müjdə vermək istədiyimizin də nə olduğunu bilmirik. Nümunə olaraq cəmiyyətə göstərmək istədiyimizi öz davranış və əməllərimizdə göstərməliyik”.
“Təcrübə və tarixə istinadən, bu üsulla davranışlarda dəyişiklik etmək olmaz. Qardaşına, bacına, övladlarına, nəvələrinə bu şəkildə davran demək olmur. Sonra da biz mümkün olmayan davranış dəyişikliyi qanunu yaratmaq istəyirik”-deyə, o, qeyd edib.


























