image-1686919170_1686919139633backend

Tezliklə sülhməramlılar Qarabağdan çıxarıla bilər – ŞƏRH

image-reklam_sirab_01

“Sərhəddə yaranmış gərginlik erməni tərəfindən atılan təxribat addımlarının nəticəsidir, o addımlar cavabsız qalmır və Azərbaycan ordusu tərəfindən görülmüş adekvat cavab tədbirləri nəticəsində Ermənistan ərazisində yerləşən və əsgərlərimizə atəş açan snayperlər artıq zərərsizləşdirilib, diğər istiqamətlərdə də, istər ermənilərin kompakt şəkildə yaşadığı Azərbaycanın Qarabağ ərazisində, istərsə də Naxçıvanla Ermənistan sərhəddində ordumuzun mövqelərinə açılan atəşlər cavab tədbirləri nəticəsində susdurulur”.

Bunu Faktmedia.az-a millət vəkili Cavanşir Feyziyev deyib.

Deputat əlavə edib:

“Əlbəttə, Rusiya sülhməramlılarının bu kimi təxribat addımlarını öncədən gôrməsi və bilməsi mümkün görünmür. Burada hansısa bir iradla onlara qarşı çıxış etməyimizin heç bir əhəmiyyəti yoxdur. Onların missiyası Azərbaycan ərazisində ermənilərlə azərbaycanlılar arasında hər hansı bir silahlı insident situasiyasını aradan qaldırmaqdır və dünya təcrübəsi göstərir ki, bu heç də həmişə mümkün olmur. Rusiya sülhməramlılarının Azərbaycan ərazisində öz fəaliyyətini davam etdirməsi Azərbaycan hökumətinin müstəsna hüquqları və səlahiyyətləri çərçivəsində baş verir, Azərbaycan istənilən an Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb edə bilər. Bu günkü vəziyyət hələlik Rusiya sülhməramlılarının, ermənilərin kompakt yaşadıqları ərazidə fəaaliyyət göstərməsini mümkün hesab edir, onlar öz missiyalarını davam etdirirlər. Ermənistan tərəfindən Azərbaycan Ordusuna qarşı atılan təxribat addımları ilə Rusiya sülhməramlılarının heç bir əlaqəsinin olmadığını düşünürəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image