image-1628247199_icbaritibbisgarbackend

Tibb bacısı Sadıqova Almaz Anakişi qızı ilə bağlı açıqlama

image-reklam_sirab_01

Tovuz rayon Mərkəzi Xəstəxanasından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilən məlumata görə Tovuz rayonunun Əyyublu kəndində fəaliyyət göstərən tibb məntəqəsinin tibb bacısı Sadıqova Almaz Anakişi qızı 07.05.2021-ci il tarixində sertifikasiya imtahanından keçməyib.

Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə əsasən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinin altıncı və yeddinci abzaslarına əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətinə iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir.

Nazirlər Kabinetinin 2010-cu il iyun tarixi 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti sertifikasiya imtahanlarında iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Tovuz rayon Mərkəzi Xəstəxanası işçini Lənkəran Tibb Kollecinə təkrar təkmilləşdirmə kursundan keçmək üçün yönləndirib.

Yuxarıda qeyd edilənlərə əsasən, eləcə də sertifikatlaşma ilə əlaqədar normativ hüquqi aktlar, o cümlədən Əmək Məcəlləsinin 179-cu “İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar” maddəsinin 2-ci hissəsində müəyyən edilən hallara əsasən sertifikasiyadan keçməyən işçinin iş yerinin saxlandığı 6 ay ərzində orta əməkhaqqının saxlanılması halı aid edilmədiyi və sertifikasiyadan keçməyən işçi praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmadığı üçün iş yeri saxlanılan həmin dövrdə ona əmək haqqı ödənilmir.

Tovuz rayon Mərkəzi Xəstəxanasından Agentliyə verilən məlumata görə, tibb bacısı Sadıqova Almaz Anakişi qızına qanunvericilikdən irəli gələn bütün məsələlər barədə məlumat verilib, onun bununla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı KİV-dən heç bir sorğu daxil olmamışdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki