image-000e8020-ab75-409d-8c37-672d33eb6b14backend

“Timsah Gena” mahnısının müəllifi vəfat edib

image-reklam_sirab_01

“Çeburaşka” cizgi filmindən “Timsah Gena”nın mahnısının yaradıcısı kimi tanınan sovet və rus şairi, ssenarist Aleksandr Timofeyevski 88 yaşında vəfat edib.

Veteninfo.az xəbər verir ki, bu barədə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov “Facebook” səhifəsində yazıb.

Ssenaristin ölüm səbəbləri hələlik açıqlanmayıb.

Kapkovun sözlərinə görə, Timofeyevski çoxları tərəfindən sevilən bir şair olmaqla yanaşı, animasiya filmlərinin ərsəyə gəlməsində müstəsna xidmətləri olub.

“Şairin bəstələdiyi “Pust bequt neuklyuje” (“Timsah Gena”nın mahnısı) musiqisi hər bir sovet insanının himninə çevrilib”, – deyə Kapkov vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki