İranın Ali Lideri Müctəba Xamenei Tehranın Vaşinqtonla danışıqlarında iştirak edir.
ABŞ Prezidenti Donald Tramp bunu “New York Post” qəzetinə müsahibəsində deyib. Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, Xamenei şübhəsiz ki, münaqişəyə son qoymaq prosesində iştirak edir.
O, həmçinin İranın Ali Lideri Ayətullah Müctəba Xamenei ilə görüşmək istədiyini də bildirib.
“Mən hər kəslə, o cümlədən Müctəba Xamenei ilə də görüşmək istərdim. Biz yəqin ki, nə vaxtsa görüşəcəyik. Bu, işlərin gedişindən asılı olacaq”, – deyə Donald Tramp vurğulayıb.


























