image-376156_res_01backend

Türkdilli ölkələrdən gələn jurnalistlər Gəncədə, ermənilərin hərbi cinayət törətdiyi yerdə

image-reklam_sirab_01

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri  Azərbaycana mediatur çərçivəsində səfərləri davam edir. Səfər iştirakçıları Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Qonaqlara məlumat verilib ki, II Qarabağ müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki obyektlərə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki