Türkiyə Ordusunun Azərbaycanda vəzifə müddəti daha bir il uzadılıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı memorandum Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.
Memorandumda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycana dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.
Memorandumda Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də çalışdığı Rusiya ilə qurulan Birgə Mərkəz vasitəsilə Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi qeyd edilib.