Türkiyənin bakıdakı səfirliyində şəhidləri Anma Günü ilə bağlı tədbir və qardaş ölkədə təhsil almağa yollanan şəhid övladları ilə görüş keçirilib.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, millət vəkili, “Tək millət, tək ürək” platformasının təşəbbüskarı Ramil Həsən, hər iki ölkədən ictimaiyyət və media nümayəndələri iştirak edib.
Anma Günü ilə bağlı danışan Cahit Bağçı 27 sentyabr tarixinin zəfərə aparan yolun başlanğıcı olduğunu bildirib, şəhid ailələrinə və övladlarına sahib çıxmağın hər kəsin borcu olduğunu vurğulayıb.
Çıxış edənlər Türkiyədə təhsil alacaq şəhid övladlarına uğurlar arzulayıb, şəhidlərin layiqli davamçısı olacaqlarına əminliklərini ifadə ediblər.
Daha sonra şəhid övladlarının yolasalınma mərasimi keçirilib.