image-1backend

Türkiyədə aeroportda körpəsini atan rus qadına 15 il həbs cəzası verilib

image-reklam_sirab_01

Antalya məhkəməsi 18 yaşlı rusiyalı Yekaterina Burnaşkinanı yeni doğulmuş uşağı öldürməyə cəhddə təqsirli bilib.

Vətəninfo.az ArbatMedia portalına istinadla xəbər verir ki, o, körpəni hava limanının tualetində qoyub və o, Rusiyaya uçmağa cəhd edib.

Antalyanın IV cəza məhkəməsi Yekaterina Burnaşkinanı 15 il müddətinə azadlıqdan məhrum edib.

“Uşağın taleyi ilə bağlı məsələ ayrıca həll olunacaq. İndi qız sığınacaqdadır”, – deyə vəkil Ayşegül Kübra Polat bildirib.
Vəkil aydınlıq gətirib ki, körpənin gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

İş materiallarına görə, fövqəladə hadisə 2024-cü ilin oktyabrında baş verib. 18 yaşlı Rusiya vətəndaşı Antalya hava limanının tualetində uşaq dünyaya gətirib, yeni doğulmuş qızını oradaca qoyub və evə uçmaq üçün pasport nəzarətinə gedib. Daha sonra o və anası saxlanılıb. Burnaşkina doğum anına qədər hamiləliyindən xəbərsiz olduğunu deyib və övladı ilə birlikdə Rusiyaya qayıtmaq arzusunda olduğunu bildirib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image