Vətəninfo.az xəbər verir ki, Türkiyənin yeni aşağı büdcəli aviaşirkəti AJet bilet satışına başladığını elan edib.
41 daxili və 52 beynəlxalq marşrut da daxil olmaqla 93 istiqamətin iddialı planı ilə AJet yeni nəsil aşağı büdcəli daşıyıcı kimi yüksəklikləri fəth etməyə hazırdır.
Aşağı büdcəli aviaşirkət bir çox beynəlxalq istiqamətlərə öz uçuş proqramına başlamışdır. Belə ki, məsələn, yaz aylarında Antalya, İstanbul, İzmir və bəzi digər Türkiyənin şəhərlərindən Avstriya və Macarıstana 70-100 dollara gedə bilərsiniz.