image-1backend

Türkmənistan və Azərbaycan qaz mübadiləsini müzakirə edir

image-reklam_sirab_01

Türkmənistan və Azərbaycan qaz mübadiləsini bərpa etmək üçün məsləhətləşmələr aparır.
Vətəninfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.  İranın Milli Qaz Şirkətindən bildirilib:
“Türkmənistan, İran və Azərbaycan arasında həyata keçirilən Türkmənistan qazının svop əməliyyatı müvəqqəti olaraq dayandırılıb və hazırda Türkmənistan və Azərbaycan problemi həll etmək və qaz mübadiləsini bərpa etmək üçün danışıqlar aparır”.
Məlumata görə, İran hər gün Türkmənistandan idxal etdiyi qazı svop əməliyyatı çərçivəsində Azərbaycana ötürür və iki ölkə arasında nəticə əldə olunana qədər qaz axını hazırda müvəqqəti olaraq dayandırılıb və iki ölkə bu məsələdə razılaşdıqdan sonra qaz mübadiləsi bərpa olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki