image-1a76f008-06aa-303a-9838-f9f09ddf78c4_850backend

UEFA yeni mövsüm üçün pul mükafatını təsdiqləyib

image-reklam_sirab_01

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) 2022/2023 mövsümü üçün avrokubok turnirlərinin mükafat fondunu açıqlayıb.

Ümumi məbləğ 3,5 milyard avro təşkil edir ki, bunun 465 milyonunu Avropa Liqasının iştirakçıları, 235 milyonunu isə Konfrans Liqasında çıxış edən klublar alacaq.

Ənənəvi olaraq ən böyük pay – 2,032 milyard avro Çempionlar Liqasında iştirak edən klublara düşəcək. Əsas püşkatmaya bir addım qalmış və seçmə mərhələnin pley-off mərhələsində mübarizəni dayandıran klubların hər biri 5 milyon, turnirin qrup mərhələsinə yüksələn klubların hər biri 15,64 milyon avro qazanacaq.

Qrupdakı hər qələbəyə görə klublar 2,8 milyon avro, heç-heçəyə görə 930 min avro qazanacaq. Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn iştirakçıya 9,6 milyon avro ayrılacaq. Eyni zamanda 1/4 final 10,6 milyon, yarımfinal 12,5 milyon, final iştirakçılara 15,5 milyon avro qazandıracaq.Nəhayət, turnirin qalibi əlavə 4,5 milyon avro qazanacaq.

UEFA Superkuboku uğrunda matç da pul mükafatının eyni maddəsinə aiddir. Onun hər iki iştirakçısı 3,5 milyon avro, qalib isə əlavə olaraq 1 milyon avro alacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki