image-1680082811_1679942045_337331165_3482405455338813_40940507702768489_nbackend

“Ukrayna Baxmutda uğurlu əməliyyat keçirib” – Britaniya kəşfiyyatı

image-reklam_sirab_01

Ukrayna müdafiəçiləri Baxmut şəhəri ətrafında uğurlu əməliyyat həyata keçirib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Baxmutda Rusiyanın muzdlu “Vaqner” hərbi birləşməsinin təchizat xətlərindən birini sıxışdırıb. Bildirilib ki, bölgədə döyüş davam edir. Son həftələrlə müqayisədə Rusiya hərbçilərinin atışında azalma müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki