Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın Voronejinə hücumunu dəf edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Voronej vilayətinin rəhbəri Aleksandr Qusev Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hücumdan sonra yaşayış binasının eyvanı alovlansa da, yanğın söndürülüb. Daha iki yaşayış binasının və bəzi fərdi yaşayış binalarının şüşələri sındırılıb.
Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumundan sonra Voronej şəhərinin Sovetski rayonundakı evlərdən birinin sakinləri təxliyə edilib.
Bundan başqa, Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində şəhərdə 11 yaşlı qız yaralanıb.
Azyaşlı qızın əlindən, ayağından və boynundan yaralar aldığı qeyd edilir. Qubernator əlavə edib ki, hadisə yerində tibbi yardım göstərilib.


























