Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan martın 14-dək 90 uşaq həlak olub, 100-dən çox uşaq isə yaralanıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında bildirilib.
Qeyd olunub ki, əksər itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir rayonlarında qeydə alınıb.
Məlumata görə, ötən gün Rusiya hərbçilərinin Nikolayevdə mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində daha 2 uşaq həlak olub, ikisi isə yaralanıb.
Top atəşi və bombardman nəticəsində ümumilikdə 379 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 69-u tamamilə yararsız hala düşüb.
Qeyd olunub ki, bəzi bölgələrə giriş-çıxışın mümkün olmaması səbəbi ilə təqdim edilən rəqəmlər yekun göstərici deyil.