image-mecid-resulov-140-2backend

Ulu öndər Heydər Əliyev və ordu quruculuğu.

image-reklam_sirab_01

 

 

 

53 il bundan öncə yəni 1963-cu il tarixindən başlanan bu mərhələ müstəqil və qüdrətli Azərbaycan dövlətinin bütün uğurlarının təməl tarixi kimi xatırlanır. Heydər Əliyev Azərbaycan xalq cümhuriyyətinin süqutundan sonra ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla qurub yaratdığı dövlətin sarsılmazlığını Azərbaycanın müstəqilliyinin əbədiliyini dönməzliyini təmin etmişdir. Ulu öndərin bir amalı var idi – Xalq gərək daim öz kökünü xatırlasın. Milli mədəniyyətindən elmindən ayrı düşməsin. Əsirlər boyu bizi tariximizdən Dini sərvətimizdən ayrı salmaq istəyiblər, lakin xalq öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşə bilməz. Ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Belə ki, O, ölkəmizin tanınmış ziyalılarının ev muzeylərini yaratmış, onlara heykəl qoydurmuş, yaradıcılıq gecələri keçirmiş və gənc nəsli hər zaman həvəsləndirmişdir. Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi qeyd olunub.

Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradıb. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında və onun qorunması uğrunda mübarizədə daim ön cəbhədə olmuşlar. Daha sonra bu ideyanı Ali baş komandan cənab İlham Əliyev inkişaf etdirərək güclü ordu yaratdı. O, qeyd edirdi ki, sülhü qazanmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Rəşadətli ordumuz öz qanları uğruna Vətəni erməni qaniçənlərinin işğalından azad etdi və qələbə qazanaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Şəhidlərimiz oldu… Onların qəhrəmanlığı, ruhu bizim qəlbimizdə əbədi yaşayacaqdır! Canlı əfsanəmiz olan qardaşlara da Allahdan şəfa diləyirik.

Məhz bu siyasətin, müharibədən sonrakı dövrünün ugurla həyata kecirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı yavaş-yavaş inkişaf edir. Ölkənin hərbi qüdrəti muqayisəedilməz dərəcədə gücləndirilir. Ölkəmizin beynəlxalq nüfuzunun artırılması, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilmişdir. Son vaxtlar həyata keçirilən islahatlar nəticəsində ölkənin inkişaf mərhələsi olduqca inkişaf etmişdir. Burdan belə bir nəticə çıxartmaq olar ki, Heydər Əliyev yolu Azərbaycanı zirvədən zirvəyə aparmaqdadır. Dünya siyasətçiləri arasında məhz İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva bu yolu davam etdirməkdədir.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə və xalqa arxa-dayaq olmuşdur. Ümummilli lider Onun hər zaman bir arzusu var idi ki, Vətən birdir, onun güclü ordusu olmalıdır və hamı bu Vətən uğrunda çalışmalıdır. Bu fikir hər bir Azərbaycan vətəndaşının beynində həkk olunmalı və onun həyat amalına çevrilməlidir. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz.

Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran – orduya dövlət rəhbərliyinin təmin edilməməsi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, dövlət və ordunun bir-birindən ayrı düşməsi və s. kimi çatışmazlıqlar mövcud idi.

Bütünlükdə, Heydər Əliyevin ordu quruculuğuna münasibəti cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı. İnsanlar arasında orduda xidmətə yeni bir münasibət yarandı. Əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunun ayrı-ayrı qruplarının fəaliyyətindəki nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir ki, Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib.

 

 

Yeni Suraxanı Bələdiyyə sədri Fikrət Quliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki