Alsancak Azadlıq Milli Parkında Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən “Bilim Türkiye” ilə əməkdaşlıqda Şimali Kipr Türk Respublikasında uşaqlar üçün ilk elm festivalı olan “BİLİMFEST” təntənəli açılışı olub.
Azərbaycanın əfsanəvi lideri Heydər Əliyevin 100 illik anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş festival böyük maraqla qarşılanıb. Bu festivalda KKTC nin milli və yerli avtomobili “GÜNSEL”iştirak edib və böyük marağla garşilandı.
Uşaqların elmə marağını artırmaq, maraq hissini inkişaf etdirmək və elmi düşünmə bacarıqlarını dəstəkləmək məqsədi ilə təşkil edilən “BİLİMFEST” açılışında dövlət protokolundan bir çox insanlar toplandı, xüsusən Şimalı Kipr Respublikasının prezidenti Ersin Tatar və Şimalı Kipr Respublikası Məclisinin sədri cZorlu Töre. Kiprin Alsancak gəsəbəsində açıldıqdan sonra “BİLİMFEST” Laptada beynəlxalq Heydər Əliyev Mədəniyyət Mərkəzində elmi çadırlarla, texnoloji stendlərlə və Mobil Elmi texnologiyalarla ilə uşağları tanış etməyə davam edəcək.
Prof.Dr.İrfan Suat Günsel: “GÜNSEL”imizin dünya yollarında, xüsusilə türk dünyasında böyüməsi uşaqlarımız üçün ən böyük ilhamlardan biri olacaq.”
Onun sözlərinə görə ,dizayn və muhəndislik, proqram təminatı, təkrar doldurulan batareyalar, ARGE ve prototipləşdirməyə qədər bütün prosesləri tamamlanan 100% elektrik “GÜNSEL” bu ölkədə əldə edilə biləcək şeylərə heç bir məhdudiyyət olmadığını göstərir. Yaxın Şərq Təşkilatın Şurası və “GÜNSEL” İdarə Heyətinin sədri Prof.Dr. İrfan Suat Günsel deyib: “Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin Kiprdə keçirilən uşaqların elmə marağının artırılması məqsədilə təşkil edildiyi “BİLİMFEST” Elm Festivalı uşaqlarımızı ruhlandıralacaq”.
Prof.Dr.İrfan Suat Günsel: “Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarının yan – yana dalğalandığı bu əlamətdar tədbirin Azərbaycanın əfsanəvi lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini və Türkiyə Cümhuriyyətinin100 illik yaranmasına həsr olunması bu tədbirin əhəmiyyətini min dəfə artırır. “GÜNSEL”imizin, xüsusən də dünya yollarında, o cümlədən türk dünyasında serial istehsalına hazırlığını davam etdirməsi uşaqlarımız üçün ən böyük ilhamlardan biri olacaq”.