image-reklam-veteninfo
image-nnnn2backend

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “El Pəhləvanları – Mədəni irsimizə sahib çıxaq!” adlı tədbir keçirilib

image-reklam-veteninfo

 

”El pəhləvanları” İdman Klubu İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin tərəfdaşlığı, ‘’Azxeber’’ İnformasiya Portalının və Adalia şirkətinin media dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “El Pəhləvanları – Mədəni irsimizə sahib çıxaq!” adlı tədbir keçirildi.
Bakı Dəmiryol Vağzalında keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri və Gənclərin Töhfəsi ictimai birliyinin icraçı direktoru Məhsəti Hüseynova Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolundan danışdı.
Tədbirdə Gənclərin Töhfəsi ictimai birliyinin sədri Asim Vəliyev, El Pəhləvanları İdman Klubu İctimai Birliyinin sədri Nurəddin Hüseynov , Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov , ictimai-siyasi xadim Emin Babaşov, Rusiyada Azərbaycan təmsilçisi, diaspor fəalı Nazir Hətəmov, Adalia şirkətinin rəhbəri Dilşad Əhədova, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov və bir çox rəsmilər iştirak etdi.
Tədbirdə Nurəddin Beyləqanlı başda olmaqla bir çox el pəhləvanları Təvəkkül Pəhləvan, Kamandar Pəhləvan, Müsəllim Pəhləvan, Ağabəy Pəhləvan, Vüsal Pəhləvan, Haldun Pəhləvan ağır çəkili daşları qaldırdı, hərəkətdə olan minik avtomobilləri qol gücü ilə saxlanıldı, dayanmış vaqonu El Pəhləvanı Nurəddin Beyləqanlı saçları ilə dartaraq çəkdi və bir çox digər pəhləvanlıq nümunələri nümayiş olundu.

Tədbir Gənclərin Töhfəsi ictimai birliyinin Mədəniyyət klubunun yaradıcı heyətinin bir-birindən gözəl vətənpərvərlik mahnı ifaları ilə davam etdi. Bədii hissədə Firuz Əliyev “Xalq Heydər söyləyəcək”, Firuz Əliyev “Azərbaycan”, Elgün Qulamov “Ey Əziz Anam Azərbaycan”, Məhsəti Hüseynova “Sevgili Canan”, Altun Əsədzadə “Azərbaycan”, Şahmuraz Muradoğlu “Azərbaycan”, Mahru “Vətənim”, Kamran Atəş “Azərbaycan”, Elvin Tağıyev “Xudayar Təsnifi”, Rəşid Mikayıl “Odlar Yurdumsan”, Şahbaz Əliyev “Azərbaycan”, Rəvan Huseynov “Xarı Bülbül” Seymur Borçalı sazda ifa, Günay Məmmədova və İslam Qasımov “Azərbaycan” mahnılarını, Rahilə Rəcəbli “Vətənoğlu” şeirini ifa etdilər.
Tədbirin sonunda pəhləvanlarla və gənclərlə xatirə şəkilləri çəkildi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki