image-01-18-5backend

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub

image-reklam_sirab_01

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Bu məqsədlə 11.04.2023-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Nəsimi RİH və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Tibb Elmləri doktoru, əməkdar elm xadimi, professor, Türk Dünyası Uluslararası Akademiyanın həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Şöhrət ordenli Prezidentin fərdi təqaüdçüsü, Qərbi Azərbaycan İcması Ağsaqqallar şurasının sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski,  AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,  fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi,  Şöhrət Ordeni və 1-ci dərəcəli vətənə xidmət ordeni ilə təltif edilmiş Misir  Mərdanov ,   Respublika Ağsaqqallar Şurasının sədrinin müavini,  Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin Sədri, AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri İmamverdiyev Sudeyif , professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Əsgərov Şahlar, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, QHT rəhbərləri,  rayon ictimaiyyəti və rayon gəncləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd etdi ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir.

image-01-1-6

image-01-2-4image-01-3-8

Professor Mərdanov Misir, ictimai-siyasi xadim Əsgərov Şahlar, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi  İmamverdiyev Sudeyif , Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski  Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından ətraflı şəkildə danışaraq öz xatirələrini bölüşdülər və eyni zamanda çıxış edərək bildirdilər ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib. Bu gün ölkəmizdə və onun hüdurlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır.

Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaqdır.

Tədbirin sonunda xatirə şəkli çəkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki