image-img-20230601-wa0009backend

“Ulu Öndərin imzası ilə təqdim olunan Fəxri Vətəndaşlıq aldığım ən yüksək mükafat idi”

image-reklam_sirab_01

Vətəninfo.az-ın redaksiyasına hazırda məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmiş, İmişli rayon İcra hakimiyətinin başçısı Vilyam Hacıyevin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini əks etdirən məqalə daxil olub.
Qeyd edək ki,məqalə sabiq icra başçısının vəkili Elmar Kərimov vasitəsi ilə göndərilib.

Məqaləni olduğu kimi təqdim edirik:

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir.
Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəldi.
1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etdikdən sonra, 1990-cı il 30 sentyabr seçkilərində Heydər Əliyev Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına namizədliyi irəli sürüldü və seçkilərdə millət vəkili seçildi.
Naxçıvan ağır durumda idi.

Bilindiyi kimi 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiyada çox mühüm qərarlar qəbul olundu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara alındı. Naxçıvan MSSR Ali Sovetini adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunması məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsi idi.
Əlbət də siyasi müstəvidə Naxçıvanın davamlı gələcəyə doğru atdığı addımlar Muxtar Respublika əhalisi tərəfindən rəğbətlə qarşılansa da, Bakıda mərkəzi hökumət Heydər Əliyevin xalq içərisində durmadan nüfuzunun artmasından ciddi şəkildə narahat olurdu.
Elə bu səbədən idi ki, Naxçavan blokada şəraitində olmasına baxmayaraq Muxra Respublika paytaxtan ciddi dəstəyin olmadığını açıq şəkildə özünü biruzə verirdi. Bir yandan da nankor qonuşularımız durmadan Naxçıvanı atəş altında saxlayırdılar.

1990-cı ildə mən Gəncə Şəhər Hava limanında çalışırdım. Ayaz Mütəlibovun rəhbərlik etdiyi hökumət Naxçıvana humanitar və hərbi dəstək verməkdə acizlik göstərirdi.
Heydər Əliyevin tapşırığı ilə o dövürdə əks kəşviyyatın rəhbəri Ruhulla bəy Gəncəyə gəldi. Muxtar Respublikadakı vəziyyəti müzakirə etdikdən sonra, Gəncədə Naxçıvan Komitəsi yaradıldı. Bu komitə yaradıldıqdan sonra, Naxçıvana Gəncədən humanitar yardımların çatdırılması istiqamətində ciddi işlərin həyata keçirlməsi istiqamətində var gücümüzlə ilşlədik. Xatırladım ki, o dövürdə Naxçıvan Ermənistan tərəfindən böyük hücuma məruz qalmışdı. Biz Gəncədə o dövürdə SSR-dən qalma hərbi hissələrin komandanlığı ilə danışqlara getdik və danışqalar müsbət nəticələndikdən sonra, həmin gündən başqlayaraq NMR-na həm humanitar,eyni zamanda həribi təmaüllü məsulları Naxçıvan Komitəsinin rəhbəri Musa Musayevlə birlikdə Naxçıvana çatdırdıq. Bir dəfə yardımları mənimlə bərabər, o dövür də Gəncədə fəaliyyət göstərən 1 saylı Notariat Kontorun rəhbəri Elçin Əliyev də Naxçıvana apardıq.

Naxçıvanda Heydər Əliyevlə görüş.

Naxçıvanda olanda Ulu Öndər Heydər Əliyevin qəbulunda olduq. Şəxsən özü qəbul etdi bizi və Gəncədə Naxçıvana belə yüksək dəstəyin həyata keçirilməsinə görə dərin təşəkkürünü çatdırdı.
Bu görüşdən sonra biz Naxçıvana daha çox yardımların edilməsi üçün bir qədər də səylərimizi artırdıq.
Bir dəfə Naxçıvandan məlumat gəldi ki, Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində güclü hücuma keçiblər. Həmin vaxt Gəncə hava limanında AN 24 təyyarəsinə bütün vacib hərbi silah-sursatı yükləyib,özümüz də həmin təyyarəyə mindik. Təyyarə havaya qalxdıqdan sonra, nəməlum istiqamətdən təyyarəyə atəş açıldı. Belə olduqda pilot məcburi eniş etməli oldu. Bundan sonra bir az gözlədik və hava qaraldıqdan sonra, həmin təyyarədəki yükü başqa bir təyyarəyə doldurduq və yenidən Naxçıvan istiqamətində havalandıq. Bildirim ki, o dövürdə Naxçıvan hava limanı gecələr uçuşlara və enişlərə qadağan idi. Amma məlumat verildikdən sonra, təyyarə Naxçıvana endi. Gəttirdiyimiz bütün hərbi ləvəzımatlar maşınlara yüklənərək Sədərək və digər istiqamətdə düşmənə qarşı müqavimətin artırılması üçün ön cəbhəyə çatdırıldı. Açığı deyim apardığımız silahların, müxtəlif hərbi məhsullar Sədərəyin düşmən əlinə keçmısinin qarşısını almışdı. Erməni ordusu ciddi itkilər verərək geri çəkilmişdi.
1992-ci ilin may ayında Ulu Öndər Heydər Əliyevin imzası ilə mənə Naxçıvan Muxtar Respublikasının Fəxri Vətəndaşı adı verildi.
Bu mənim o vaxtdadək həyatım boyu aldığım ən böyük, ən yüksək bir mükafat idi. Bu mükafatın başqa bir özəlliyi də onda idi ki, onu məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyət tərəfindən verilmişdi.
Ulu Öndərin layiqli davamçısı, tarixdə Nadir Şahdan sonra itirilən torpaqlarımızı rəşadətli ordumuzla geri alaraq, adını Azərbaycanımızın tarixinə qızıl həriflərlə yazan, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev 2023-cü ili Heydər Əliyev ili elan edib. Ulu Öndərmizin 100 illik yubleyinin möhtəşəm, onun adına layiq şəkildə keçirilməsi, məni də dərindən sevindirir. Ona görə də Ulu Öndərmiz Heydər Əliyevlə bağlı xatirələrimi, gördüklərimi qıssa da olsa ifadə etmək istədim.
Allah Ulu Öndərimiz Heydər Əliyevə rəhmət etsin.

Vilyam Hacıyev

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki