image-photo-2023-04-13-10-00-57backend

Ulu Öndərin reallığa çevrilən arzuları

image-reklam_sirab_01

 

 

 

Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu işini daima diqqətdə saxlayırdı

 

Müstəqil Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. “Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik”-deyən Ümummilli Lider Heydər Əliyev ordumuzun güclənməsi işinə və ərazi bütövlüyümüzün bərbasına hər zaman nikbin yanaşmışdır.

Qeyd edək ki, 1991-ci il sentyabrın 5-də Müdafiə nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etdi, 1 milyondan artıq vətəndaşımız öz yurdlarından didərgin salındı, on minlərlə insan qətl edildi.

Ümummilli Lider 1993-cü ildə ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyev ordu quruculuğu işini daima diqqətdə saxlayırdı. 1994-cü ilin aprelində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxışından deyib ki, Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır: “Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.

Hələ sovet dövründə hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevi düşündürən əsas problemlərdən biri də gənclərin xidmət üçün orduya hazırlanması və hərbi məktəblərə gənclərin cəlb edilməsi məsələsi olub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkışaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.  Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu olmasından iftixar hissi keçirirdi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”.

Son illər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunmuş nailiyyətlər göz qabağındadır. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində iri miqyaslı işlər aparıb. Ordu quruculuğu daima dövlətin diqqət mərkəzindədir. Gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər öz müsbət nəticəsini verib. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Ulu Öndər Heydər Əliyevin arzularının bir çoxu artıq reallığa çevrilib. Ölkə başçısının səyləri nəticəsində son beş il ərzində orduya ayrılan büdcə xərcləri ilbəil artaraq işğalçı Ermənistanın bütöv dövlət büdcəsinə çatdırılmışdır. Bu gün ordumuz Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Silahlı qüvvələrimiz hər cür silah və texnika ilə təchiz olunurlar. Ordunun təchizatı ilə yanaşı, bacarıqlı hərbiçilərin yetişdirilməsi də hər zaman diqqət mərkəzində durur və bu istiqamətdə Müdafiə nazirliyinin fəaliyyəti yüksək qiymətləndirilir. Azərbaycanın iqtisadi qüdrətinin və hərbi gücünün belə sürətlə artması gec-tez Ermənistanı məcbur edəcəkdir ki, onlar nəhayət Qarabağ məsələsi ilə bağlı danışıqlarda daha realist mövqe tutsunlar və nə qədər gec deyil Azərbaycan tərəfinin onlara təklif etdiyi variantla razılaşsınlar.

 

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki