1 dekabr 2023-cü il tarixində Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə AİDS-lə Mübarizə İctimai Birliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində əhali arasında HİV/QİÇS barədə maarifləndirmənin artırılması məqsədilə konfidensial tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya zamanı iştirakçılara HİV infeksiyasının profilaktikası, yoluxma yolları və erkən müayinənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Keçirilən müayinələr konfidensiallıq prinsiplərinə riayət olunmaqla həyata keçirilib.
Tədbir çərçivəsində iştirakçılara maarifləndirici informativ kitabçalar, həmçinin tibbi-gigiyenik vasitələr təqdim olunub.
Aksiyanın əsas məqsədi cəmiyyətdə HİV/QİÇS haqqında düzgün məlumatlılığın artırılması, profilaktik tədbirlərin təşviqi və insanların vaxtında tibbi müayinədən keçməsinin əhəmiyyətinə diqqət çəkmək olub.


























