image-reklam-veteninfo
image-y1backend

 “Uşaq Hüquqları Müdafiəsi Liqası”ndan gənclər üçün növbəti parlaq təşəbbüs!

image-reklam-veteninfo

Uğurun sirri təkbaşına mübarizə aparmaq deyil, doğru komanda ilə eyni hədəfə addımlamaqdır. Məhz bu ideyadan hərəkət edən “Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi gənclər arasında “Komanda işi” mövzusunda növbəti dəfə təsirli və yaddaqalan seminar təşkil edib.

Vətəninfo.az xəbər verir ki,interaktiv oyunlar, praktiki tapşırıqlar və beyin fırtınaları ilə zəngin keçən tədbir gənclərə əsl birlik və həmrəylik dərsi olub. Fərqli xarakterə malik iştirakçılar qısa müddətdə birgə düşünməyi, məsuliyyəti bölüşməyi və ortaq məxrəcə gəlməyi öyrəniblər.

Seminar zamanı güclü komanda qurmağın əsas şərtləri – qarşılıqlı etibar, düzgün rol bölgüsü və ümumi hədəfə sadiqlik xüsusi vurğulanıb. Sonda gənclər bu cür tədbirlərin onların həm şəxsi inkişafında, həm də gələcək fəaliyyətlərində əvəzsiz rol oynayacağını qeyd edərək İctimai Birliyə təşəkkür ediblər.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki